Məqalənin tərtibi qaydaları
“ADMİU–nun ELMİ ƏSƏRLƏRİ”ində məqalələr Azərbaycan, rus və ingilis dillərində çap olunur. Məqalənin əlyazmasını kompüterdə Microsoft Word redaktorunda Azərbaycan, rus və ingilis dillərində, Times New Roman şrifti ilə, 12 ölçüdə, 1,5 intervalla, A4 formatlı ağ vərəqdə tərtib etmək lazımdır. Məqalənin həcmi 6 səhifədən az olmamalıdır.
Məqalənin başlanğıcında yağlı şriftlə sol küncdə məqalənin UOT indeksi, müəllifin ORCID identifikatoru, sağ küncdə yağlı şriftlə müəllifin soyadı, adı, atasının adı, işlədiyi, yaxud təhsil aldığı müəssisə, elmi adı, elmi dərəcəsi və ya fəxri adı, e-mail ünvanı, ortadan yağlı baş hərflərlə məqalənin adı yazılmalıdır. Ardınca ortada məqalənin yazıldığı dildə “Xülasə” yazılır və məqalənin xülasəsi verilir. Daha sonra yağlı şriftlə “açar sözlər” ifadəsi yazılır, iki nöqtə qoyulur və 6-10 açar söz verilir.
Daha sonra məqalə özü, ardınca elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair aydın şəkildə verilməlidir.
Sonda ədəbiyyat siyahısı və digər iki dildə xülasə (müəllifin adı və məqalənin adı həmin dillərdə göstərilməklə) (“резюме” və “summary”), həmçinin həmin dillərdə açar sözləri (“ключевые слова” və “key words”) verilməlidir. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qrammatik baxımından ciddi hazırlanmalıdır.
Hər nömrə üçün bir müəllif yalnız bir məqalə göndərə bilər.
İstinadlar aşağıdakı qaydada verilməlidir:
Sitatlar aşağıdakı şəkildə verilməlidir: sitat dırnaqda verildikdən sonra mötərizədə, müəllifin familiyası və inisialları, nəşr ili, səhifə göstərilməlidir; nöqtə mötərizədən sonra qoyulur. Məsələn: “Payızda yarpaqlar rəngini dəyişir” (Smit, C., 1995, s. 43).
Məqalədə verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətnində rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
Ədəbiyyat siyahısının tərtibi qaydaları:
Kitablar üçün: Müəllifin soyadı, adının baş hərfi, nəşr ili, kitabın adı, şəhər: nəşriyyat. Məsələn: Smit, C. (1995). Müasir incəsənət məkanında süni intellekt. Bakı: ADMİU-nun Nəşriyyatı.
Jurnallar üçün: Müəllifin soyadı, adının baş hərfi, nəşr ili, məqalənin adı. Jurnalın adı, nömrəsi, məqalənin ilk və son səhifəsi. Məsələn: Smit, C. (2010). Ehtiyat tədbirləri. ADMİU-nun Elmi əsərləri, 16(7), 26.
Qəzet məqalələri üçün: Müəllif (soyadı, inisialları). Məqalənin adı // nəşrin adı. – nəşr ili, tarixi. – s. Məsələn: Abdullayev, F. Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2.
Konfrans materialları üçün: Müəllif (soyadı, inisialları) Məruzənin adı // konfransın adı, ‒ şəhər: nəşriyyatın adı, – tarixi, – nəşr ili, – s. Məsələn: Абдуллаев, С.К., Карамалиев, Н.Р. Весовые оценки сингулярных, слабо сингулярных интегралов, максимальных и дробно максимальных функций, ассоциированных обобщенным сдвигом // Труды IV Международного симпозиума «Ряды Фурье и их приложения», – Ростов-наДону: – 28 мая – 3 июня, – 2006, – с. 44-52.; Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.
İnternet resursları üçün: Müəllifin soyadı, inisialları. (Materialın nəşr ili, il göstərilməyibsə, “tarix yoxdur” ifadəsini bildirən “t. y.” hərflərini yerləşdirin). Veb-səhifənin başlığı. Saytın adı. URL. Məsələn: Qafarov, V. (2024). Sabah Don Kixot bizə gələcək! Teatro. URL: https://teatro.az/az/post/vidadi-qafarov—sabah-don-kixot-bize-gelecek-1242
Arxiv materialları üçün: Sənədin adı // arxivin adı, fondun, siyahının, işin nömrələri, vərəqlərin sayı. Məsələn: Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq – 11.
Kartoqrafik nəşrlər (Xəritələr, atlaslar) üçün: Müəllif (soyadı, inisialları) əgər varsa, əsərin adı [nəşrin növü] /miqyas / ‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi. Məsələn: Azərbaycan Respublikasının Milli Atlası [Xəritə] / – Bakı: Bakı Kartoqrafiya fabriki, – 2014. – 444 s.; Dünyanın fiziki xəritəsi [Xəritə] / 1:50 000 000 / – Bakı: Bakı Kartoqrafiya fabriki, – 2005. – 1 v.
Normativ-hüquqi sənədlər üçün: Rəsmi sənədin adı // qəbul edilməsi və dəyişikliklər haqqında məlumat. ‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi. Məsələn: Azərbaycan Respublikasının Konstitusiyası // 12 noyabr 1995-ci ildə qəbul edilmişdir (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və əlavələr). – Bakı: Qanun, – 2002, – 48 s.; Международная конвенция об охране нематериального культурного наследия // Организация Объединенных Наций по вопросам образования, науки и культуры. – Париж: ЮНЕСКО, – 2011. – VII, – 103 с.
Notlar üçün: Notlar Müəllif (soyadı, inisialları) əgər varsa, əsərin adı [Notlar]: / Klavir, partitura və s. – şəhər: nəşriyyat, – nəşr ili. – həcmi. Məsələn: Hacıbəyli, Ü. Leyli və Məcnun operası [Notlar]: / Klavir. – Bakı: İşıq, – 1984. – 240 s. Караев, К.А. Третья симфония для камерного оркестра [Ноты]: – Москва: Советский композитор, – 1968. – 110 с.
Təsviri materiallar üçün: Müəllif (soyadı, inisialları) və ya əsərin adı [əsərin növü] / Müəllif (inisialları, soyadı); mənbə. ‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi. Məsələn: Azərbaycan – Ana Vətən [İzomaterial] / Kamil Nəcəfzadənin əsərlərinin sərgisi; Azərbaycan Rəssamlar İttifaqı. – Bakı: Azərbaycan, – 1992. – 15 s.
Məqalənin quruluşu:
• Məqalənin UOT indeksi
• Müəllifin ORCID nömrəsi
• Müəllifin soyadı, adı, atasının adı
• Müəllifin işlədiyi müəssisənin adı (doktorant və ya dissertant olduğu təşkilatın adı), elmi adı və elmi dərəcəsi, fəxri adı
• Müəllifin e-mail ünvanı
• Baş hərflərlə məqalənin adı
• Məqalənin yazıldığı dildə qısa xülasəsi və açar sözlər (6-10)
• Məqalənin mətni
• İstinad olunmuş ədəbiyyat siyahısı
• Digər iki dildə müəllifin soyadı, adı, məqalənin adı göstərilməklə qısa xülasəsi və açar sözlər (6-10)
Məqalə aşağıdakı hissələrdən ibarət olmalıdır:
• Giriş
• Məsələnin qoyuluşu
• Əsas hissə
• Nəticə (elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, və sair)
• Ədəbiyyat siyahısı
Məqalənin redaksiyaya təqdim olunması:
• Məqalə admiuelmieserler@gmail.com e-ünvanına göndərilməlidir. Məqalənin çap olunması üçün müəssisə tərəfindən təsdiq olunmuş müvafiq sənədlər (məqaləyə 2 rəy) jurnalın məsul katibinə (İnşaatçılar pr. 39, ADMİU, əsas bina, II mərtəbə, Elmi hissə) təqdim edilməlidir.
• Ayrıca vərəqdə müəllif haqqında anket-məlumat əlavə olunmalıdır. Məlumatda müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi adı, müəssisənin adı, müəssisənin ünvanı, ev ünvanı, e-ünvanı və telefon nömrəsi göstərilməlidir.
• Məqalə jurnalın internet səhifəsindən də göndərilə bilər: Məqalə göndər – ADMİU Elmi Əsərlər.
• Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər tələb edə bilər.
Məqalələrin çapı ödənişlidir (səhifəsi 7 AZN). Nəşrdən öncə məqalələr plagiat yoxlanışından keçməlidir, Anti-plagiat yoxlanışı StrikePlagiarism proqramı vasitəsilə həyata keçirilir. Müəlliflər StrikePlagiarism proqramından sərbəst şəkildə keçərək yoxlamanın nəticələrini jurnalın redaksiyasına təqdim edə və ya ADMİU-nun Elm və doktorantura şöbəsində ödənişli şəkildə plagiat yoxlanışından keçə bilərlər (21 AZN).
Qeyd: Anti-plagiat proqramının nəticəsi məruzənin jurnalın redaksiya heyəti tərəfindən qəbul olunacağına zəmanət vermir və müəllif, istənilən halda, ekspert rəyindən öncə anti-plagiat yoxlanışından keçməlidir.