Jurnal haqqında

Ana səhifə Jurnal haqqında

“Elmi əsərlər” adlı elmi-nəzəri məcmuə 2007-ci ildə təsis olunub. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (ISSN) ilə nəşr olunur. “Elmi əsərlər” elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25 dekabr 2019-cu il tarixində N4278 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmış və “ADMİU-nun elmi əsərləri” adlanırdırılmışdır: ADMİU reyestrə daxil edilmə nömrəsi

Hazırda jurnal aşağıdakı sahələrdə məqalə qəbul edir:

Sənətşünaslıq elm sahəsi

Kino, televiziya və digər ekran sənətləri

Kulturologiya

Musiqi sənəti

Muzeyşünaslıq

Təsviri sənət, Dekorativ-tətbiqi sənət, İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi

Teatr sənəti

Jurnal ildə iki dəfə işıq üzü görür. Yalnız 2019 və 2020-ci illər ərzində COVID-19 pandemiyası səbəbindən jurnalın il ərzində yalnız bir buraxılışı çıxmışdır.

2022-ci ildən etibarən “ADMİU-nun Elmi əsərləri” elmi-nəzəri məcmuəsi rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdan keçərək 10.52094 nömrəli DOI  (Dijital Object Identifier) alıb.